Türkiyə hökuməti mal idxal edən fiziki şəxslər üçün rüsumsuz limiti ləğv edib.
NUHÇIXAN xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan müvafiq qərar 7 yanvar tarixində rəsmi hökumət qəzeti olan “Resmi Gazete”də dərc edilib.
Qərara əsasən, xaricdən bazarlar vasitəsilə mal idxalına qoyulan 30 avroluq rüsumsuz limit sənədin dərc olunmasından bir ay sonra başa çatacaq.
Bu səbəbdən fiziki şəxslər tərəfindən bazarlar vasitəsilə sifariş edilən xarici mallara 7 fevral 2026-cı il tarixindən etibarən gömrükdə müəyyən ediləcək məbləğdə rüsum tətbiq olunacaq.
Xatırladaq ki, 6 avqust 2024-cü il tarixində Türkiyə Nazirlər Kabineti fiziki şəxslər üçün mal idxal edən rüsumsuz limiti 150 avrodan 30 avroya endirib. Bu məbləğə poçt xərcləri də daxil idi.
