ABŞ Venesueladan bir neçə ölkə müşavirlərinin çıxarılmasını tələb edib

A- A A+

ABŞ Venesuelanın müvəqqəti hökumətinə təzyiq göstərərək Rusiya, Çin, İran və Kubadan olan müşavirlərin ölkədən çıxarılmasını tələb edib.

NUHÇIXAN xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio Konqres liderləri ilə qapalı görüşündə Donald Tramp administrasiyasının Venesuelanın müvəqqəti lideri Delsi Rodrigesə qarşı yeni tələbini açıqlayıb. Bu tələb Rusiya, Çin, İran və Kubadan olan kəşfiyyat və hərbi personalın ölkədən çıxarılması ilə bağlıdır.

Marko Rubio, həmçinin Venesuelanın artıq ABŞ düşmənləri üçün strateji baza kimi xidmət edə bilməyəcəyini bildirib.

Xatırladaq ki, ABŞ yanvarın 3-də Karakasda əməliyyat keçirərək Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını əsir götürüb. Ölkənin müvəqqəti rəhbəri Delsi Rodriges artıq Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: