Özbəkistanda 20 minə yaxın insanı qanunsuz yolla Ümrə ziyarətinə göndərmək istəyənlər saxlanılıb

A- A A+

Özbəkistanda hüquq-mühafizə orqanları 19,5 min nəfər üçün qanunsuz Ümrə ziyarətini təşkil edən "Jalolquduq Aviatrans" adlı qeyri-qanuni turizm agentinin fəaliyyətini ifşa ediblər.

NUHÇIXAN Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə DİN bildirib.

İstintaqın məlumatına görə, təşkilatçılar zəvvarlardan 22,8 milyon dollar toplayıblar. Vergi və məcburi ödənişlərdən yayınma məbləği 15,3 milyard sumu (1,2 milyon dolları) keçib, dövlətə dəyən ziyan isə 1,8 milyard sum (150,4 min dollar) olaraq qiymətləndirilib.

Səudiyyə Ərəbistanında lazımi yaşayış şəraitinin olmaması səbəbindən 534 Özbəkistan vətəndaşı çətin vəziyyətə düşüb və xüsusi reyslər vasitəsilə vətənə qaytarılıb.

Şirkətin fəaliyyəti ilə bağlı cinayət işi açılıb, 13 nəfər saxlanılıb, daha bir nəfər məsuliyyətə cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: