Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif məsələsini təkzib edib

A- A A+

Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın sabiq prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə gəlməsi təklifi ilə bağlı iddiaları təkzib edib.

NUHÇIXAN "Milliyyet"ə istinadən xəbər verir ki, Türkiyə lideri partiyasının bugünkü iclasından sonra bu mövzu ətrafında jurnalistin müvafiq sualını cavablandırıb.

R.T. Ərdoğan "Maduroya Türkiyəyə getməsi təklif edilib" iddiası ilə bağlı suala "Bizə belə bir məlumat daxil olmayıb" cavabını verib.

Xatırladaq ki, ABŞ rəsmiləri Maduroya istefa vermək və Türkiyəyə getmək imkanının təklif edildiyini, lakin onun bundan imtina etdiyini bildirmişdilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: