Sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək

A- A A+

Martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu gün təbliğat-təşviqat işləri başa çatır.

NUHÇIXAN xəbər verir ki, Ali Seçki Komissiyası səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Anadolu agentliyi seçkilərə aid məlumatları 13 dildə 2500 xarici və yerli kütləvi informasiya vasitəsilə paylaşacaq.

Səsvermə ilə bağlı ölkədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 39 min nəfərlik şəxsi heyət təhlükəsizlik tədbirlərinə cəlb olunub. Bundan başqa, nişan, toy və sair kütləvi şənlik və tədbirlərin səsvermə günü Türkiyə vaxtı ilə saat 18.00-a kimi keçirilməsinə məhdudiyyət qoyulub. Gecə saat 23.00-a qədər spirtli içki satılmayacaq. Seçicilər səsvermə otaqlarına mobil telefonla daxil ola bilməzlər.

Rəsmi məlumatlara görə, ölkə üzrə təxminən 57 min vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir. Seçki məntəqələrində 194 min 390 səsvermə qutusu qoyulub. Ölkə üzrə 1 milyon 156 min vətəndaş ilk dəfə səs verəcək. Vilayətlər üzrə ən çox seçici 10 milyon 560 min 96 nəfər olmaqla İstanbulun payına düşür. Seçicilərin 3 milyon 922 min 163 nəfəri isə Ankaradakı səsvermə məntəqələrində siyasi iradələrini ifadə edəcəklər.

Seçkilərdə 30 böyükşəhər bələdiyyəsi, 81 vilayət və 922 rayon bələdiyyəsinə aid 1389 yer uğrunda 8270 namizəd mübarizə aparacaq. Müstəqil namizədlər və 12 siyasi partiyanın qatıldığı seçkidə hakim Ədalət və İnkişaf Partiyası ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” blokunda birləşirlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: