Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev Türkiyə səfiri ilə Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, o bu barədə "X" səhifəsində yazıb.
"Türkiyənin səfiri Birol Akgün ilə məhsuldar görüş keçirilib. TDT ilə əməkdaşlığın gücləndirilməsinə və Ukrayna üçün ədalətli sülhə doğru birgə səylərin irəliləməsinə diqqət yetirdik. Həmçinin, koordinasiyanı möhkəmləndirməyə razılaşdıq", - Y.Qusev yazıb və Ukraynaya dəstəyə görə təşəkkür edib.
