İsrail ərazisinə Qəzzadan raket atılıb

A- A A+

İsrail Müdafiə Ordusu (IDF) Qəzza şəhəri ərazisindən İsrail ərazisinə doğru uğursuz raket atışı qeydə alıb.

Bu barədə NUHÇIXAN "The Times of Israel"ə istinadən məlumat verir.

Hərbçilərin məlumatına görə, mərmi Qəzza zolağındakı İsrail postları yaxınlığında yerləşən xəstəxananın yaxınlığına düşüb.

Ölən və ya yaralananlar barədə məlumat yoxdur.

İsrail Müdafiə Ordusu Qəzza zolağındakı raket buraxılış meydançasına məqsədyönlü zərbə endirdiyini bildirib.

IDF qeyd edib ki, Qəzzadakı radikal qruplaşmaların İsrail qüvvələrinə və ya mülki əhaliyə hücum cəhdlərinin qarşısı son dərəcə amansızlıqla alınacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: