ABŞ tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri sənədinin dövlət başçıları səviyyəsində yekunlaşmağa hazırdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransadakı ölkəsinin nümayəndə heyətinin danışıqlarının nəticələrinə dair teleqram kanalında məlumat verib.
"ABŞ Prezidenti ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli sənədin yekunlaşması faktiki olaraq hazırdır. Vacib məqam ondan ibarətdir ki, Ukrayna Avropa və ABŞ komandalarının işini bundan sonra da birləşdirməyə nail olur və birgə şəkildə, o cümlədən, bərpa və iqtisadi inkişafla bağlı sənədlər müzakirə edilib.
Həmçinin, müharibənin bitməsi üçün əsas çərçivəyə üzrə çətin məsələlər müzakirə olunub və Ukrayna tərəfi bu sənədin yekunlaşması üçün mümkün variantları təqdim edib. Başa düşürük ki, ABŞ tərəfi Rusiya ilə əlaqə saxlayacaq və biz onların müharibəni həqiqətən bitirməyə hazır olub-olmadığına dair rəy gözləyirik", - o qeyd edib.
