Türkiyədə Göbəklitəpə məbəd kompleksini ziyarət edənlərin sayı 1 milyon nəfərə çata bilər

A- A A+

2025-ci ilin yekunlarına görə, Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa vilayətindəki Göbəklitəpə məbəd kompleksini 781 min yerli və xarici turist ziyarət edib.

NUHÇIXAN Şanlıurfa vilayətinin Mədəniyyət və Turizm İdarəsinin məlumatlarına istinadla xəbər verir ki, 2023-cü ildə episentri Kahramanmaraş olan dağıdıcı zəlzələnin nəticələri ilə əlaqədar iki il davam edən azalmadan sonra Göbəklitəpəyə turist axını bərpa olunub.

Vilayətin hakimiyyət orqanları ümid edir ki, cari ilin sonunadək yaşı 12 min il olan meqaliti ziyarət edən turistlərin sayı 1 milyon nəfərə çatacaq.

Məbəd kompleksinə marağın artmasına bu il Şanlıurfada keçiriləcək “TEKNOFEST-2026” Aerokosmik və Texnologiya Festivalının stimul verəcəyi gözlənilir.

Göbəklitəpə kompleksi alimlər tərəfindən 1963-cü ildə aşkarlanıb, 2018-ci ilin iyul ayında isə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Burada 1995-ci ildə qazıntı işlərinə başlanıldıqdan qısa müddət sonra arxeoloqlar üzərində heyvan təsvirləri olan hündürlüyü 3–6 metr, çəkisi isə 40–60 ton arasında dəyişən neolit dövrünə aid T formalı stelələr aşkar ediblər.

2019-cu ilin mart ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə kompleksin rəsmi açılışı olub. Türkiyə liderinin qərarı ilə 2019-cu il ölkədə “Göbəklitəpə İli” elan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: