Qazaxıstan 20 il ərzində 439,7 milyard dollar həcmində investisiya cəlb edib

A- A A+

2005-ci ildən 2025-ci ilin sentyabr ayınadək olan dövrdə Qazaxıstan iqtisadiyyatına 439,7 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb edilib.

NUHÇIXAN “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının milli iqtisadiyyat nazirinin müavini Asan Darbayev Türk Ticarət-Sənaye Palataları İttifaqının üçüncü Baş Assambleyasının iclasında məlumat verib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələr 6,3 milyard dollar həcmində yatırım edib.

“2025-ci ilin doqquz ayı ərzində Qazaxıstan iqtisadiyyatına 14,9 milyard dollar həcmində birbaşa xarici investisiya daxil olub. Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Hazırda 2029-cu ilədək iqtisadi inkişaf tempinin ikiqat artırılması vəzifəsi qarşıya qoyulub. Bu məqsədin reallaşdırılmasının əsas amili ən azı 150 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiyanın cəlb edilməsi, eləcə də 2029-cu ilədək əsas kapitala investisiyaların səviyyəsinin ÜDM-in 23 faizinə çatdırılmasıdır”, –deyə Darbayev qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: