ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib

A- A A+

ABŞ Senatı müharibə səlahiyyətlərinə dair qətnaməni qəbul edib.

NUHÇIXAN xəbər verir ki, qətnamə layihəsində Prezidentin ABŞ Silahlı Qüvvələrindən Konqresin icazəsi olmadan Venesuela daxilində və ya ona qarşı hərbi əməliyyatlarda istifadəsi qadağan olunur.

Qətnamənin lehinə 52, əleyhinə 47 senator səs verib. Respublikaçılar Partiyasının 5 üzvü layihənin keçməsi üçün Demokratlar Partiyasından olan həmkarlarına qoşulub.

Növbəti mərhələdə tam təsdiq üçün qətnamə Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: