“Qoretti” qasırğası Fransada 380 min, Britaniyada 57 min evi işıqsız qoyub

A- A A+

Şimali Avropaya güclü küləklər gətirən “Qoretti” siklonu bir sıra fəsadlara səbəb olub.

NUHÇIXAN Qərb mediasına istinadla xəbər verir ki, güclü qasırğa səbəbindən cümə günü səhər Fransada təxminən 380 min ev elektriksiz qalıb.

“The Times” qəzetinin yaydığı məlumata görə, Böyük Britaniyada qasırğanın işıqsız qoyduğu evlərin sayı 57 minə yaxınlaşır. “Qoretti” qasırğasının təsirinə məruz qalanların əksəriyyəti İngiltərənin cənub-qərbində yaşayan insanlardır.

Britaniyanın meteorologiya xidməti cümə axşamı günü ölkənin cənub-qərbindəki Kornuoll qraflığı üçün qırmızı səviyyəli hava təhlükəsi xəbərdarlığı elan edib.

Həm Fransanın, həm də Böyük Britaniyanın meteorologiya xidmətləri gözlənilən fəsadları nəzərə alaraq, sakinləri evdə qalmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: