ABŞ administrasiyası və Kiyev rəsmiləri sülh planı ilə bağlı razılığa gəliblər

A- A A+

ABŞ administrasiyası və Kiyev rəsmiləri Ukrayna böhranının mümkün həllini nəzərdə tutan sülh planı ilə bağlı razılığa gəliblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Portalın məlumatına görə, Ağ Ev Trampın planının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəlib və indi Rusiya rəhbərliyindən bu təklifə aydın cavab almaq istəyir.

Daha əvvəl nəşr Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə ikigünlük danışıqlardan sonra Parisdə amerikalı Stiven Uitkoff və Cared Kuşnerlə görüşdüyü barədə məlumat vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: