Ermənistan səhiyyə nazirinin müavini rüşvət alarkən saxlanılıb. NUHÇIXAN xəbər verir ki, bu barədə “Pastinfo” saytına ölkənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Saytın xəbərində bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə nazir müavininin vətəndaşdan rüşvət tələb etməsi barədə məlumat daxil olub və keçirilən əməliyyat nəticəsində adı hələlik açıqlanmayan məmur pul alarkən saxlanılıb.