Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron İrandakı vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər.
NUHÇIXAN xəbər verir ki, bəyanatda İran təhlükəsizlik qüvvələrinin zorakılığa yol verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq ifadə olunub və etirazçılara qarşı qətl törədilməsi pislənib. “İran hakimiyyət orqanları öz vətəndaşlarının qorunmasından məsuliyyət daşıyır və ifadə azadlığı ilə sülhsevər toplaşmağı heç bir təqib qorxusu olmadan təmin etməlidir. Biz İran hakimiyyətini səbirli davranmağa, zorakılıqdan çəkinməyə və İran vətəndaşlarının əsas hüquqlarını qorumağa çağırırıq”, - deyə birgə bəyanatda vurğulanıb.
