Koreya Respublikasının Prezidenti Li Çje Myon Şimali Koreyanın hava məkanına pilotsuz uçuş aparatlarının buraxılmasının arxasında fiziki şəxslərin dayanıb-dayanmadığını araşdırmağı tapşırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin Ofisi məlumat yayıb.
"Prezident Li Çje Myon pilotsuz uçuş aparatlarının mülki şəxslər tərəfindən buraxılması ehtimalı ilə bağlı bildirib ki, əgər bu, doğrudursa, Koreya yarımadasında sülhü və dövlət təhlükəsizliyini sarsıdan ciddi cinayət olacaq. Bu səbəbdən o, hərbçilər və polis əməkdaşlarından ibarət istintaq qrupunun yaradılmasını və hərtərəfli araşdırma aparılmasını tapşırıb", – Prezidentin ofisindən bildirilib.
