Venesuela iki italiyalı məhbusu azad edib.
NUHÇIXAN "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib.
Onun sözlərinə görə, humanitar təşkilatın əməkdaşı Alberto Trentini və iş adamı Mario Burlo azad edilib və İtaliyanın Karakasdakı səfirliyindədir.
"Onları ölkəyə gətirəcək təyyarə Romadan yola düşüb", - o deyib və konstruktiv əməkdaşlığa görə Venesuelanın Prezidenti vəzifələrini icra edən Delsi Rodrigesə təşəkkür edib.
