Cənubi Koreyanın qida və kənd təsərrüfatı ilə əlaqəli məhsullarının ixracı 2025-ci ildə rekord həddə - 13,62 milyard dollara çatıb.
NUHÇIXAN Cənubi Koreyanın Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, artım "ramyeon" əriştəsi, sous və meyvələr kimi Koreya qida məhsullarının qlobal populyarlığı ilə əlaqədar olub.
Ölkənin Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, "K-Food Plus" sektorunda ixracat əvvəlki ilə nisbətən 5,1 faiz artaraq illik maksimuma çatıb. Bildirilib ki, “K-Food Plus” termini yerli hökumət tərəfindən Koreya qidası və kənd təsərrüfatı məhsullarının, o cümlədən kənd təsərrüfatı texnikası və baytarlıq dərmanlarının ixracını təşviq etmək üçün istifadə olunur.
