Gürcüstanın xarici dövlət borcu 2026-cı ilin sonuna qədər 38,8 milyard lari təşkil edəcək və bu borcun böyük hissəsi beynəlxalq banklara ödəniləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın 2026-cı il dövlət büdcəsi layihəsində məlumat verilir.
Bildirilir ki, Gürcüstanın xarici dövlət borcunun 19 milyard 88,9 milyon larisi banklara ödəniləcək. Ölkənin ən çox Asiya İnkişaf Bankına (7,075.9 milyon lari) və Dünya Bankına (6,399 milyon lari) borcu var. Avropa İnvestisiya Bankı isə 3,379.8 milyon lari ilə üçüncü yerdədir.
Beynəlxalq banklara olan borclarından əlavə, Gürcüstanın yeddi ölkəyə 1 milyard 286,2 milyon lari borcu var. Ən böyük borc Fransa (2,293 milyon) və Almaniyayadır (1,617.5 milyon). Gürcüstanın kreditorları arasında Avstriya, Yaponiya, Küveyt, Türkmənistan və ABŞ da var.
Bundan əlavə, Gürcüstanın borclarına 2026-cı ildə 1,386.2 milyon lari məbləğində yenidən buraxılması planlaşdırılan avrobond öhdəlikləri də daxildir.
