Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda baş verən partlayış nəticəsində 5 polis əməkdaşı həlak olub, 10 nəfər isə yaralanıb.
NUHÇIXAN xəbər verir ki, yerli polis partlayışın uzaqdan idarəolunan bomba vasitəsilə həyata keçirildiyini açıqlayıb.
Ölkənin daxili işlər naziri Möhsin Nəqvi hücumu qətiyyətlə pisləyib və bildirib ki, Terrorla Mübarizə Departamenti əyalətin Peşəvər, Bannu və Xayber rayonlarında terror planlarının qarşısını alıb.
