Martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.
NUHÇIXAN xəbər verir ki, ölkənin şərq və cənub-şərq bölgələrini əhatə edən 31 vilayətdə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Bu vilayətlərdə səsvermə 16.00-dək davam edəcək. Digər bölgələrdə isə səsvermə saat 08.00-dan 17.00-dək davam edəcək.
Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzə təxminən 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir.