Gürcüstanın keçmiş Baş naziri həbs edilib

A- A A+

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili yanvarın 12-də həbs olunub.

NUHÇIXAN xəbər verir ki, İ.Qaribaşvili məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstan Baş Prokurorluğundan bildirilib ki, təqsirləndirilən sabiq baş nazirlə prosessual razılaşma bağlanılıb. Razılaşmaya əsasən, ona Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayətə görə 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib.

Bundan başqa, sabiq baş nazirə əlavə cəza kimi 1 milyon lari məbləğində cərimə tətbiq olunub. Həmçinin, cinayət fəaliyyəti nəticəsində əldə olunmuş və yaşayış evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.

İ.Qaribaşvili törətdiyi cinayəti etiraf edib və prosessual razılaşmanın şərtləri ilə razılaşıb.

Məhkəmə Prokurorluğun prosessual razılaşma ilə bağlı vəsatətini təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: