Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov və Türkiyə xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə özbək nazir sosial şəbəkələrdə bildirib.
"İkitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sahələrini müzakirə etdik. Qarşıdakı tədbirlərə hazırlıq, strateji tərəfdaşlığın gücləndirilməsi, eləcə də regional və qlobal məsələlər diqqət mərkəzində olub", - o yazıb.
Nazir qeyd edib ki, hər iki tərəfin Xarici İşlər nazirlikləri əldə edilmiş bütün razılaşmaların vaxtında və səmərəli şəkildə yerinə yetirilməsi üçün sıx əməkdaşlığı davam etdirmək niyyətini təsdiq ediblər.
