ABŞ Dövlət Departamenti 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib.
NUHÇIXAN-ın “Fox News”a istinadla verdiyi məlumata görə, bu, 2024-cü ildəki rəqəmdən iki dəfə çoxdur və bütün dövrlərin rekordudur. Ləğvlərin əksəriyyəti viza müddətini keçən işgüzar və turist səyahətçilər ilə bağlıdır. Həmçinin təxminən 8 min tələbə və 2500 ixtisaslaşmış işçilər də bu müddətdə hüquqi statuslarını itirib.
Departament sözçüsü bildirib ki, vizalarını itirən tələbələrin və işçilərin əksəriyyəti hüquq-mühafizə orqanlarında hansısa formada cinayət əməlinə cəlb olunan insanlardır.
