Böyük Britaniya qoşunlarının Ukraynaya göndərilməsi şərtini açıqlayıb

A- A A+

Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, hava marşalı Riçard Nayton bildirib ki, Ukraynanın təhlükəsizliyinə tam əminlik olmadığı təqdirdə, münaqişə başa çatdıqdan sonra belə Ukraynaya qoşun göndərilməyəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Riçard Nayton Britaniya qoşunlarının Ukraynaya göndərilməsi halında təhlükəsizlik zəmanətləri ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, nazirlərin dəstəyi ilə qərarlar qəbul edilərkən hərbi komandirlərin rolu risk səviyyəsini qiymətləndirmək və yerləşdirilmənin faydalarının potensial risklərdən üstün olmasını təmin etməkdir.

Vurğulayıb ki, Ukraynada yerləşdiriləcək Britaniya qoşunlarının kifayət qədər təhlükəsizliyinə dair təminat olsa belə, real əməliyyat mühitində sıfır risk anlayışı mövcud deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: