Rusiyanın Krasnoyarsk diyarının cənubunda qar uçqunu olub

A- A A+

Rusiyanın Krasnoyarsk diyarının Kuraqin rayonunda qar uçqunları səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

NUHÇIXAN yerli KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Kuraqin dairəsində Kuraqino - Çeremşanka avtomobil yolunun 27-ci kilometrliyində baş verən qar uçqunu nəticəsində yolda ümumi həcmi 100 kubmetr olan qar kütləsi yığılıb. Avtomobil yolunda hərəkət məhdudlaşdırılıb", - məlumatda bildirilib.

Qurumdan qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: