Gürcüstanın Baş naziri və Əbu-Dabi Limanlar Qrupunun regional icraçı direktoru Orta Dəhlizi müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabi Limanlar Qrupunun regional icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsi ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüşdə Orta Dəhliz nəqliyyat və logistika marşrutunun əhəmiyyəti müzakirə olunub.
Tərəflər strateji logistika və nəqliyyat layihələri də daxil olmaqla, əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bildiriblər.
Ötən il fəaliyyətə başlayan, Orta Dəhliz vasitəsilə Gürcüstan, Türkiyə, Azərbaycan, Ermənistan və Qazaxıstandakı həm dəniz, həm də quru limanları şəbəkəsindən istifadə edərək Qərbi Asiyanın istehsal mərkəzlərini Şərqi Avropanın istehlak bazarları ilə birləşdirən Tbilisi Quru Limanı uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirilib.
