“Apple” və “Google” süni intellekt sahəsində əməkdaşlıq edəcək

A- A A+

“Apple” şirkəti ilə “Google” şirkəti yeni nəsil süni intellekt infrastrukturunu inkişaf etdirmək üçün birgə əməkdaşlığa başlayıblar.

NUHÇIXAN xəbər verir ki, çoxillik əməkdaşlıq çərçivəsində “Apple” yeni nəsil “Apple Foundation Models”i “Google”un “Gemini” süni intellekt modeli və bulud hesablama infrastrukturu üzərində qurulacaq. Bu modellər il ərzində daha fərdiləşdirilmiş “Siri” də daxil olmaqla gələcəkdə “Apple Intelligence”in xüsusiyyətlərini gücləndirəcək.

“Apple” hərtərəfli qiymətləndirmə prosesindən sonra “Google”un süni intellekt texnologiyasının “Apple Foundation Models” üçün ən təkmil infrastruktur təklif etdiyini müəyyən edib. Bu əməkdaşlıq istifadəçilər üçün innovativ təcrübələrə yol açacaq. “Apple Intelligence” şirkətin məxfilik standartlarını qoruyub saxlayaraq “Apple” cihazlarında və “Apple”ın xüsusi bulud hesablama infrastrukturunda fəaliyyət göstərməyə davam edəcək”, - deyə hər iki şirkətin birgə açıqlamasında qeyd olunur.

Bu əməkdaşlığın açıqlanmasında sonra “Google”ın törəməsi olduğu “Alphabet” şirkətinin bazar kapitallaşması 4 trilyon dolları ötüb. “Alphabet” “Nvidia”, “Microsoft” və “Apple”dan sonra bu bazar kapitallaşmasına çatan dördüncü şirkətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: