Qazaxıstan Prezidenti ABŞ ilə danışıqlar üzrə nümayəndə təyin edib

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Cenevrədə ölkənin BMT-dəki daimi nümayəndəsi Erjan Kazıxanı ABŞ ilə danışıqlar üzrə nümayəndəsi təyin edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Qazaxıstan Respublikasının BMT-nin Cenevrə (İsveçrə) şəhərindəki şöbəsindəki və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Kazıxan Erjan Xozeulaya Qazaxıstan Respublikası Prezidentinin ikitərəfli əməkdaşlığın aktual məsələləri üzrə ABŞ ilə danışıqlar prosesindəki nümayəndəsi vəzifəsi həvalə edilib", - məlumatda qeyd edilib.

Erjan Kazıxan 2023-cü ildə Kasım-Jomart Tokayevin beynəlxalq məsələlər üzrə köməkçisi təyin edilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: