Fransada doğum səviyyəsi minimum həddə düşüb

A- A A+

2025-ci ildə Fransada doğum səviyyəsi 1944-cü ildən bəri ən aşağı göstəriciyə düşüb.

NUHÇIXAN xəbər verir ki, Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumatına görə, 2025-ci ildə ölkədə 654 min uşaq doğulub. Bu, 2024-cü illə müqayisədə 2,1 faiz, doğum səviyyəsinin ən yüksək olduğu 2010-cu illə müqayisədə isə 24 faiz azdır.

Hesabatda bildirilir ki, doğum əmsalı azalmağa davam edir: 2024-cü ildə hər qadına 1,61 uşaq düşdüyü halda, 2025-ci ildə bu göstərici 1,56-ya enib. Bu, Birinci Dünya müharibəsinin sonundan bəri qeydə alınan ən aşağı səviyyədir.

INSEE qeyd edir ki, 2025-ci ildə ölənlərin sayı yeni doğulanların sayını ötüb və 651 min nəfər təşkil edib. Bu, 2024-cü illə müqayisədə 1,5 faiz çoxdur. TASS agentliyi yazır ki, hesabat müəlliflərinin fikrincə, ölüm səviyyəsinin artması, xüsusən 2025-ci ilin əvvəlində müşahidə olunan qış qrip epidemiyası ilə əlaqədardır.

Bununla belə, respublikada əhalinin ümumi sayı artaraq 69,1 milyon nəfərə çatıb. 2024-cü ildə bu göstərici 68,6 milyon nəfər olub. Orta ömür uzunluğu qadınlar üçün 85,9 il, kişilər üçün isə 80,3 il təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: