Qazaxıstan hökuməti qızıl və nadir torpaq ehtiyatları üçün ətraflı axtarışlara başlayacaq

A- A A+

Qazaxıstan 2026-cı ildə yeraltı sərvətlərinin ətraflı geoloji kəşfiyyatına başlayacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hökumət qızıl və nadir torpaq metallarının potensial ehtiyatlarını kəşf etmək məqsədilə 20 layihənin həyata keçirilməsi üçün 240 milyard tenge və ya təxminən 500 milyon dollar ayırmağı planlaşdırır:

"Növbəti üç il ərzində 20 layihənin həyata keçirilməsinə, eləcə də az öyrənilmiş çöküntü hövzələrində seysmik kəşfiyyat işlərinə və müasir geoloji infrastrukturun yaradılmasına 240 milyard tenge və ya təxminən 500 milyon dollar investisiya qoyulması planlaşdırılır. Müqayisə üçün, son 15 ildə 469 milyon dollar investisiya qoyulub. Bu il Qazaxıstan hökuməti yeraltı sərvətlərin daha ətraflı miqyasda kəşfiyyatının yeni mərhələsinə başlayır", - deyə bəyanatda bildirilib.

Layihələrə Yer kürəsinin məsafədən zondlama məlumatlarının təhlili, havadan geofiziki və geokimyəvi tədqiqatlar və bir sıra sahə işləri daxildir.

Nazirlər Kabineti vurğulayıb ki, sahələrin siyahısı tərtib edilərkən ehtiyatların tükənməsi, prioritet mineral ehtiyatlar potensialı kimi amillər nəzərə alınıb. Hökumət bildirib ki, nəticədə mis, qızıl, qurğuşun, sink, nadir torpaq elementləri, barit və boksit yataqlarının kəşfi üçün yüksək potensiala malik ərazilər müəyyən edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: