ABŞ dünya bazarlarında neftin qiymətinin bir barel üçün 53 dollara qədər aşağı düşməsini istəyir.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Detroytda jurnalistlərlə söhbətində bildirib.
"Bəli, bunu görmək istərdim. Hazırda bir barel üçün 58 dollar səviyyəsindəyik. Bir barel üçün 53 dollar görmək istərdim", - deyə Amerika lideri bildirib.
