Çin "Yaogan-50-1" Yerin məsafədən zondlanması peykini orbitə buraxıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu orbital buraxılış Çinin 2026-cı ildə ilk uçuşu olub. Kosmik gəmi 13 yanvar tarixində Pekin vaxtı ilə saat 22:16-da (Bakı vaxtı ilə saat 18:16) Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzindən buraxılıb.
Peyk CZ-6 (Changzheng-6) daşıyıcı raketinin köməyi ilə təyin olunmuş orbitə uğurla daxil olub.
Bildirilib ki, cihaz milli torpaqların tədqiqi, məhsuldarlığın qiymətləndirilməsi və təbii fəlakətlərin qarşısının alınması üçün istifadə olunacaq.
