Media: İsrail və bir neçə ərəb ölkəsi ABŞ-dan hələlik İrana zərbə endirməməyi xahiş edib

A- A A+

İsrail və bir neçə ərəb ölkəsi ABŞ-dan İrana hücumları hələlik təxirə salmasını xahiş edib.

NUHÇIXAN xəbər verir ki, “NBC” telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, həmin ölkələrin nümayəndələri hesab edirlər ki, İran ABŞ zərbələrinin ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq qədər zəifləməyib. Onlar, həmçinin Ağ Evə genişmiqyaslı zərbələri İranda vəziyyət daha da gərginləşənədək təxirə salmağı təklif ediblər.

Yanvarın 13-də Ağ Evdə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sədrliyi ilə İrandakı vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. “Axios” portalının məlumatına görə, sonradan Prezident Donald Tramp da iclasa qatılıb.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da İran valyutasının kəskin ucuzlaşması səbəbindən Tehranda tacirlərin etiraz aksiyası başlayıb. Dekabrın 30-da aksiyaya tələbələr də qoşulub. Az sonra etirazlar ölkənin əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları iğtişaşlar nəticəsində hüquq-mühafizə orqanlarının azı 38 əməkdaşının öldüyünü iddia edib. Tehran iğtişaşlara görə İsraili və ABŞ-ı günahlandırıb. Donald Tramp isə öz növbəsində İrana qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: