Gürcüstanda külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

A- A A+

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə 4 nəfəri həbs ediblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin DİN-i məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkələrin vətəndaşları var.

Onların mənzillərində aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə çoxlu miqdarda satış üçün qablaşdırılmış narkotik maddələr, o cümlədən klefedron, MDMA, mefedron və quru marixuana müsadirə ediblər.

Polis, həmçinin narkotik maddələrin qablaşdırılması üçün lazım olan materialları da müsadirə edib.

Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: