Pakistanın cənub-qərbində keçirilən əməliyyat zamanı dörd terrorçu məhv edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistan ordusunun xidmətlərarası ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb. Məlumata görə, əməliyyat yanvarın 12-də Kalat rayonunda terrorçuların olması barədə xəbərdarlıqdan sonra həyata keçirilib.
Ərazidə silah-sursat aşkarlanıb.
