Ötən il Çinin xarici ticarəti 3,8 faiz artıb

A- A A+

Çinin xarici ticarəti 2025-ci ilin yekunlarına görə əvvəlki illə müqayisədə 3,8 faiz artaraq, 45,47 trilyon yuana (təxminən 6,48 trilyon dollar) yüksəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Baş Gömrük Administrasiyası məlumat yayıb.

Ötən il xarici ticarətdə qeydə alınan bu rəqəm Çin üçün yeni rekorddur.

Administrasiya 2025-ci ildə Çinin ixracının 6,1 faiz artaraq 26,99 trilyon yuan (3,85 trilyon dollar), idxalının 0,5 faiz artaraq 18,48 trilyon yuan (2,63 trilyon dollar) təşkil etdiyini açıqlayıb.

Ötən ilin 11 ayında Çinin ABŞ-a ixracı 18,3 faiz azalıb. Avropa İttifaqına ixrac isə 6 faiz artıb. Hazırda Çin Avropa İttifaqının, Avropa İttifaqı isə Çinin 2-ci ən böyük ticarət tərəfdaşıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: