Baş nazir: Qara dəniz sualtı kabeli olmadan enerji ehtiyatlarından maksimum yararlanmaq çətin olar

A- A A+

Qara dəniz sualtı kabel layihəsi enerji potensialından tam istifadə etmək üçün həyati əhəmiyyət kəsb edir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən “Orta Dəhliz – Avropa və Asiyanı Enerji Vasitəsilə Birləşdirən” panel müzakirəsində çıxışı zamanı bildirib.

Baş nazir layihəni transformasiya layihəsi adlandırıb və deyib ki, Qara dəniz sualtı kabeli olmadan enerji ehtiyatlarından maksimum yararlanmaq çətin olardı. “Layihə texniki və iqtisadi baxımdan əsaslandırılıb, 1155 kilometr uzunluğunda olan kabel həm məhsuldarlığımızı artıracaq, həm də ixrac imkanlarını genişləndirəcək”.

Baş nazir Avropa Komissiyasının layihəni prioritetlər siyahısına daxil etməsindən məmnunluğunu ifadə edib və vurğulayıb ki, bu, ortaq maraq doğuran və Gürcüstanın enerji gələcəyinə əhəmiyyətli töhfə verən layihədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: