Avropada ötən il elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin satışı 33 faiz artıb.
NUHÇIXAN “Benchmark Mineral Intelligence” analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, 2025-ci ildə Avropa elektromobil bazarında Avropa İttifaqının emissiya hədəflərinin yumşaldılması və tənzimləyici dəyişikliklərlə yadda qalıb. Bu da il ərzində bir çox ölkədə elektromobillərin satışında artıma səbəb olub. Həmçinin bəzi ölkələrin subsidiyaların əhatə dairəsini genişləndirməsi və sayını artırması elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələri istehlakçı alışlarına təsir göstərib. Ötən il Almaniyada elektromobillərin satışı 48 faiz, Böyük Britaniyada 27 faiz, Fransada isə 2 faiz artıb.
Cari ildə Avropanın elektromobil bazarında ən vacib inkişafın isə əvvəllər 2035-ci il üçün müəyyən edilmiş daxiliyanma mühərrikli yeni avtomobillərin satışına qoyulan qadağanın yumşaldılması ilə bağlı dəyişikliklərin olacağı gözlənilir. Yeni plana əsasən, gələcəkdə avtomobillər və yüngül kommersiya nəqliyyat vasitələri üçün hədəflənmiş karbon emissiyası standartları dəyişdiriləcək. Avtomobil istehsalçılarının 2035-ci ildən etibarən işlənmiş qaz emissiyalarını 100 faiz azaltmaq hədəfi 90 faizə endiriləcək. Emissiyaların qalan 10 faizi isə Aİ-də istehsal olunan aşağıkarbonlu polad, elektron yanacaq və bioyanacaqların istifadəsi ilə kompensasiya edilə bilər.
