ABŞ 75 ölkədən miqrant vizaları üçün müraciət qəbulunu dayandırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlayıb. Yeni qərara əsasən, ABŞ-da yaşayarkən dövlət yardımına ehtiyacı ola biləcək 75 ölkənin vətəndaşları üçün vizaların qəbulu aparılmayacaq.
Dayandırma 21 yanvardan başlayacaq və qeyri-miqrant, müvəqqəti turist və ya iş vizası almaq istəyənlərə şamil edilməyəcək. Bəyanatda fasilənin hansı ölkələrin nəzərdə tutulduğu açıqlanmayıb.
