4 kosmonavt Beynəlxalq Kosmik Stansiyanı vaxtından əvvəl tərk edib

A- A A+

4 kosmonavtın olduğu kosmik gəmi Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib. Uçuşa məsul şəxs bildirib ki, komandanın BKS-i vaxtından əvvəl tərk etməsinə səbəb kosmonavtların birinin səhhətində yaranan problemdir.

Bununla belə, kosmonavtın adı və hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilmir.

Mayk Fink, Zena Kardman (ABŞ), Oleq Platonov (Rusiya) və Kimiya Yuini (Yaponiya) daşıyan “Draqon” kapsulunun Qrinviç saatı ilə 08.40 radələrində (Bakı vaxtı ilə 12.40) Kaliforniyaya enişi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: