Türkiyədə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyası seçicilərin təxminən 45 faizinin etimadını qazanıb
Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səsvermədə iştirak edən seçicilərin təxminən 45 faizinin etimadını qazanıb.
NUHÇIXAN xəbər verir ki, ölkə üzrə 81 vilayətdən 24-də qələbə qazanan AKP 30 böyükşəhər bələdiyyəsindən 16-da liderliyi qoruyub. “Cümhur ittifaqı” blokunda Ədalət və İnkişaf Partiyası ilə birləşən müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) göstəriciləri isə çox aşağı olub.
Seçkilərin ümumi nəticəsinə görə, “Millət ittifaqı”nda təmsil olunan ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) ikinci yerə sahibdir. CHP 10 vilayətdə və 10 böyükşəhər bələdiyyəsində seçicilərin etimadını qazanıb. Seçkilərdə iştirak edən digər partiyalar bir-birindən az fərqlə qalan yerləri bölüşürlər.