Danimarka Qrenlandiyada hərbi mövcudluğunu gücləndirir

A- A A+

Danimarka Qrenlandiyaya hərbi heyət və texnika göndərərək adada hərbi mövcudluğunu gücləndirir.

NUHÇIXAN xəbər verir ki, əməliyyatda İsveç də iştirak edəcək. İsveç tərəfi Danimarkanın müraciəti əsasında silahsız zabitlərdən ibarət kiçik kontingent göndərir.

İsveç Silahlı Qüvvələrindən bildirilib ki, Arktika regionu dünya gücləri arasında artan gərginlik fonunda xüsusi strateji əhəmiyyətə malikdir. Yaxın vaxtlarda regionda aviasiyanın, gəmilərin və hərbi qulluqçuların, o cümlədən NATO üzrə müttəfiq ölkələrin mövcudluğu artırılacaq.

İsveçli zabitlər çoxmillətli qrupa daxil olacaqlar. Qrupun vəzifəsi Danimarkanın “Operation Arctic Endurance” adlı hərbi təlimlərinin sonrakı mərhələlərinin hazırlanması olacaq. Danimarka silahlı qüvvələrinin Qrenlandiyada mövcudluğunun genişləndirilməsi ABŞ Prezidenti Donald Trampın ada üzərində nəzarət qurmaq niyyəti ilə bağlı bəyanatları fonunda baş verir.

Xatırladaq ki, Vaşinqtonda Qrenlandiyanın xarici işlər naziri Viviyan Motsfeldt və Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Tramp administrasiyasının əsas nümayəndələri ilə danışıqlar aparıblar. Görüşün ev sahibi ABŞ-ın vitse-prezidenti Cey Di Vensdir, görüşdə dövlət katibi Marko Rubio da iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: