Türkiyə Estoniya və Rumıniyada qırıcı təyyarələr yerləşdirəcək

A- A A+

Türkiyə bu il NATO-nun gücləndirilmiş hava patrulu missiyası çərçivəsində Estoniya və Rumıniyada qırıcı təyyarələr yerləşdirməyi planlaşdırır.

NUHÇIXAN "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkə 2026-cı ilin avqust ayından noyabr ayına qədər Estoniyada dörd aylıq ezamiyyət planlaşdırır, bunun ardınca 2026-cı ilin dekabr ayından 2027-ci ilin mart ayına qədər Rumıniyada daha bir rotasiya həyata keçiriləcək.

Bütün bunlar Rusiyanın müttəfiqlərin hava məkanını pozması səbəbindən NATO-nun hava hücumundan müdafiə sisteminin gücləndirilməsi fonunda baş verir.

Bundan başqa, Türkiyə bu ilin iyul ayında NATO-nun növbəti sammitinə ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: