İranın məhkəmə orqanları ölkədəki son genişmiqyaslı etiraz aksiyalarının iştirakçısı Erfan Soltaninin ölüm cəzasına məhkum olunması ilə bağlı məlumatları təkzib edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyasının məlumatında deyilir.
Məhkəmə orqanlarına istinadla yayılan məlumata görə, Soltani yanvarın 10-da baş verən iğtişaşlar zamanı “ölkənin daxili təhlükəsizliyinə qəsd və siyasi sistemə qarşı təbliğat fəaliyyəti” ittihamları ilə saxlanılıb. Bu halda isə ölüm hökmündən deyil, yalnız həbs cəzasınndan söhbət gedə bilər. Soltani hazırda Tehran ətrafındakı mərkəzi həbsxanada saxlanılır.
Etirazçıların öldürülməsi səbəbindən İrana zərbə endirməyə hazır olduğunu vurğulayan ABŞ Prezidenti Donald Tramp Tehranın aksiya iştirakçılarını edam etməyi planlaşdırmadığı və ölüm sayının azaldığı barədə məlumat aldığını bildirib.
