Türkiyə Müdafiə Nazirliyi: “C-130” təyyarəsinin qəzaya uğraması səbəblərinin müfəssəl təhqiqi davam edir
“C-130” hərbi nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri ilə bağlı müfəssəl təhqiqat davam edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Nazirlik qeyd edib ki, mütəxəssislər təyyarənin vacib hissələrinin qalıqlarını araşdırmağa davam edirlər. Həmçinin qəzaya uğrayan təyyarənin struktur komponentləri və metal konstruksiyasının təhlilinə xüsusi diqqət yetirilir.
Xatırladaq ki, 2025-ci il noyabrın 11-də baş verən faciə iyirmi türk hərbçisinin həyatına son qoyub.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler bundan əvvəl də bildirmişdi ki, təyyarə qəzasının səbəbləri barədə araşdırmanın nəticəsindən asılı olmayaraq, ictimaiyyətə məlumat veriləcək.
Təyyarənin “qara qutu”su TUSAŞ mütəxəssisləri tərəfindən təhlil üçün Ankaraya çatdırılıb.
