Rusiya Böyük Britaniya səfirliyi əməkdaşının akkreditasiyasını ləğv edib

A- A A+

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakini çağıraraq Birləşmiş Krallığın səfirliyinin əməkdaşlarından birinin məxfi xidmətlərə mənsub olması ilə bağlı açıqlamaya sərt etirazını bildirib.

NUHÇIXAN xəbər verir ki, Moskvadakı Britaniya səfirliyinin İnzibati və iqtisadi şöbəsində ikinci katib vəzifəsində çalışan Qaret Samuel Deyvisin akkreditasiyası ləğv edilib. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, ondan iki həftə ərzində Rusiyanı tərk etmək tələb olunub.

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Rusiyadakı elan edilməmiş xarici kəşfiyyat əməkdaşlarının fəaliyyətinə dözməyəcəyini vurğulayıb və London tərəfindən vəziyyət gərginləşərsə, adekvat şəkildə cavab verməyə hazır olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: