Varşava Rusiyanın ölkənin enerji obyektlərinə kiberhücum təşkil etməsindən şübhələnir.
NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
"Polşanın enerji infrastrukturuna dekabr ayındakı kiberhücumun arxasında Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəli bir qrupun dayandığını düşünmək üçün ciddi əsaslar var", - o qeyd edib.
D.Tusk əlavə edib ki, Polşanın kibermüdafiə sistemləri yaxşı işlədiyi üçün hücum kritik infrastruktura təsir etməyib və demək olar ki, mənfi nəticələr olmayıb: "Polşa sabitliyi pozmaq cəhdlərindən qorunub və onun infrastrukturu təhlükəyə məruz qalmayıb".
Daha əvvəl Polşanın energetika naziri Miloş Motıka bəyan edib ki, dekabr ayının sonunda ölkə son illərin ən böyük kiberhücumuna məruz qalıb.
