İranla 560 kilometrlik sərhədin təhlükəsizliyi Türkiyə Silahlı Qüvvələrinin bölmələri tərəfindən gecə-gündüz böyük fədakarlıqla təmin edilir. Sərhəd boyunca yerləşən qoşunlar “sərhəd ölkənin şərəfidir” anlayışına əsaslanaraq, bütün hava və quru ərazisi şəraitində ayıq-sayıq qalır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi qonşu ölkədəki vəziyyətlə bağlı açıqlamasında bildirib.
Nazirlik İranla sərhəd boyunca müasir texniki avadanlıqlarla təchiz olunmuş 380 kilometrlik modul beton divarın inşasını qeyd edib. İki ölkənin sərhədlərinin 553 kilometri boyunca səngərlər də qazılıb. Müdafiə Nazirliyi Türkiyənin şərq sərhədlərini izləmək üçün PUA-ların aktiv istifadəsini vurğulayaraq qeyd edib ki, İranla dövlət sərhədi boyunca yeni istehkam tikililərinin yaradılması üzrə addımlar atılır.
Bəyanatda qeyd olunub ki, 15 yanvar 2026-cı il tarixinə İrandan Türkiyəyə kütləvi qaçqın və miqrant axını qeydə alınmayıb. Türkiyə Müdafiə Nazirliyi əmin edib: “Dövlət sərhədinin qorunması üçün əlavə tədbirlər hazırlanıb və lazım gələrsə tətbiq olunacaq”.
