Kiyevdə Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması üzrə qərargah yaradılıb

A- A A+

Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması üzrə Kiyevdə qərargah yaradılıb. Yanvarın 15-də onun ilk iclası keçirilib.

Bu barədə NUHÇIXAN Ukraynanın energetika naziri Denis Şmıqalın “Telegram” kanalında yaydığı açıqlamaya istinadla xəbər verir.

“Bu cür iclaslar müntəzəm keçiriləcək, qərargahın fəaliyyəti 24/7 rejimində təmin olunacaq. Bizim vəzifəmiz enerji və istilik təchizatı ilə bağlı vəziyyəti sabitləşdirmək məqsədilə mövcud çağırışlara operativ və səmərəli şəkildə reaksiya verməkdir. Qərargahın Kiyev şəhərində və Kiyev vilayətində fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı tapşırıq verdim”, – deyə açıqlamada qeyd olunur.

Şmıqal bildirib ki, iclasda görülmüş tədbirlər barədə Dövlət Fövqəladə Hallar Xidməti, Daxili İşlər Nazirliyi, həmçinin Kiyev şəhəri və vilayətinin yerli özünüidarəetmə orqanlarının nümayəndələri məruzə ilə çıxış ediblər.

Bundan əlavə, enerji obyektlərinin operativ şəkildə təmir olunması, avadanlıqların ehtiyatlarının formalaşdırılması və beynəlxalq yardımın cəlb edilməsi üçün zəruri olan addımlar müzakirə edilib.

“Enerji infrastrukturunun mühafizəsinin gücləndirilməsinə ayrıca diqqət yetirilib. Təfərrüata varmadan deyim ki, tədbirlər siyahısı formalaşdırılıb. Prosesin təşkilinə cavabdeh şəxslər müəyyən ediləcək”, – deyə nazir vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: